Portala giriş все шаблоны для dle на сайте newtemplates.ru скачать
 
  • 07:03 – Bakı şəhərində şahmat həlletməsi üzrə 39-cu Azərbaycan çempionatı keçirilmişdir. 
  • 06:40 – Qəbələdə xatirə turniri keçirilmişdir 
  • 07:34 – Qəbələ şahmatçısı finalda. 
  • 09:09 – Oğuz şəhərində keçiriləcək şahmat üzrə zona yarışlarında Qəbələ komandası iştirak edəcək 
  • 06:33 – 2 fevral-Ümumrespublika gənclər günüdür 

Dövlət Gömrük Komitəsinin sədri Şəki şəhərində vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev aprelin 29-da saat 11:00-da Şəki şəhərində Yevlax Gömrük İdarəsinin Şəki gömrük postunun inzibati binasında (Heydər Əliyev prospekti 1) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Dövlət Gömrük Komitəsində mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı bölgədə yerləşən Mingəçevir şəhərinin, Şəki, Oğuz və Qəbələ rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar aprelin 28-i saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

  Şərhlər:


Sosial Şəbəkə
  • Facebook
  • Message
  • Twitter